Yaşar Vahabzadə istefaya göndərildi

img

29-08-2022 [11:47]


Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçi Yaşar Vahabzadə istefaya göndərilib.

Mia.az xəbər verir ki, bu barədə qərar klub rəhbərliyi ilə 62 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub.

Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib.

Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Azərbaycan Premyer Liqasındakı ilk 4 oyununun hamısını məğlubiyyətlə başa vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR