Salyanda maskalı şəxslər evlərə basqın edib: Məktəb direktoru, market sahibi və...

img

26-08-2022 [10:01]


Salyanda maskalı şəxslər evlərə basqın edib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edilib ki, rayonun Yenikənd kənd sakinləri qarətçilərin hücumuna məruz qalıblar: "Məktəb direktoru, market sahibi, mal-qarasını yenicə satmış kənd sakini və daha bir neçə şəxs çağırılmamış "qonaqlar"ın hədəfinə çevriliblər".

Məlumatda iki nəfərin xəsarət aldığı da bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Report"a bildirib ki, qeyd edilən hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb: "Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR