Vüqar Oruc: "Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılmalıdır"
25-08-2022 [17:00]
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyi dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək üzrədir.
Bu sözləri Cəmiyyətin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
"Cəmiyyət inzibati müdaxilə səlahiyyətinə malik olmadığı üçün qiymətləndirmə sahəsində bəzi problemlərin həlli ləngiyir. Biz ancaq ictimai fikrə təsir göstərmək, tövsiyələr vermək, ayrı-ayrı dövlət qurumları ilə əlaqəli işləməklə addımlar atırıq. Bu istiqamətdə bir çox müsbət işlər görülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə idarəsi ilə razılaşmamız var ki, onlara qiymətləndiricilərdən olan şikayətlərin araşdırılması üçün daxil olan müraciətlər bizə ünvanlansın. Biz isə bu müraciətləri müvafiq qurumlara yönəldək. Bu, bizim üçün dövlət qurumları ilə əməkdaşlıq baxımından son bir neçə ayda əldə etdiyimiz uğurlu təcrübədir. Dövlət Miqrasiya Xidməti ilə də müəyyən təmaslarımız olub. Xarici vətəndaşlar əmlak alan zaman bəzən qiymətləndirmə şirkətləri dəyəri 70-80 min manat olan əmlakın qiymətini 100 min manat göstərirlər. Biz razılıq əldə etmişik ki, AQC bu işdə şirkətlərin seçilməsində əsas rol oynasın. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə də görüş keçirmişik. Qurumun bəzi müvəkkil qiymətləndirmə şirkətləri işi uyğun metodologiya ilə aparmır. Onlarla danışmışıq ki, qiymətləndirmə proseslərində AQC-nin mövqeyi prioritet olsun. İpoteka və Kredit Zəmanət Fondu ilə isə razılaşmamız var ki, kredit veriləndə qiymətləndirmə aparan müvəkkil şirkətlər mütləq AQC-nin üzvü olsun. Bu gün Azərbaycanda fəaliyyət göstərən bankların çoxu qiymətləndirici seçimi ilə bağlı tenderlərdə AQC-nin üzvü olmağı əsas şərt kimi qoyur”, - deyə o, qeyd edib.
V.Orucun fikrincə, problemlərin həlli üçün Azərbaycanda Qiymətləndiricilər Palatası yaradılmalıdır: "Biz əlimizdən gələni edirik. Amma cəmiyyətimizin statusu imkan vermir ki, birbaşa inzibati tədbirlər görək. Hazırda əsas fəaliyyətimiz ona yönəlib ki, qiymətləndirmə fəaliyyəti haqqında yeni qanun qəbul edilsin və qiymətləndiricilər palatası təsis edilsin, bu palata Azərbaycanda fəaliyyət göstərən qiymətləndiricilərin fəaliyyətini inzibati metodlarla tənzimləmək imkanına malik olsun ki, təsadüfi şirkətlər, dempinq siyasəti aparan təşkilatlar qiymətləndirmə prosesindən kənarda qalsın. Nəticədə bazar öz-özünü tənzimləsin və şəffaflaşsın. Proseslər inzibati formada vahid bir mərkəzdən idarə edilsə, sertifikatı olmayan, sözügedən sahədə təcrübəsiz, beynəlxalq qiymətləndirmə standartlarından kənar işləyən, bu peşənin nəzəri əsaslarını dəqiqliklə mənimsəməyən şəxslərin, təşkilatların bazarı bağlanar.
Professional şirkətlər fəaliyyət üçün çox ciddi şəkildə maliyyə sərf edirlər. Professionallıq tələb edir ki, fəaliyyətə ciddi şəkildə maliyyə qoyulsun. Belə olduqda xidmət də bahalaşır. Amma dempinq siyasəti aparan bəzi təşkilatlar, ayrı-ayrı fərdlər bu şirkətlərdən dəfələrlə aşağı xidmət haqqı təklif edir, göstərdiyi xidmət isə normativlərə uyğun olmur. Bu da bizim hüquqlarımızın tapdalanmasıdır. Ölkədə vahid bir qurum olmalıdır ki, bu hüquqların tapdalanmasının qarşısını ala bilsin, professional bazarın formalaşması üçün şərait yaratsın və antidempinq siyasətinin aparılmasına başçılıq edə bilsin”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"