Petro Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub

img

25-08-2022 [16:54]


Ukraynanın 5-ci prezidenti Petro Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub.

Mia.az Report-a istinadla xəbər verir ki, P.Poroşenko hazırda Ukraynanın xalq deputatıdır.

Qeyd edək ki, P.Poroşenko 2014-2019-cu illərdə Ukraynanın beşinci prezidenti, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə isə ticarət və iqtisadi inkişaf naziri vəzifələrində çalışıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.

Mövcud olduğu 10 il ərzində mərkəz 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR