"Qarabağ"ın potensial rəqibləri bəlli olub

img

25-08-2022 [10:13]


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i bəlli olub.

Məlumata görə, komandamız avqustun 26-da keçiriləcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.

İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Roma", "Latsio" (hər ikisi İtaliya), "Braqa" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), "Srvena Zvezda" (Serbiya) komandalarıdır.

Hələlik üçüncü səbətdə Almaniyanın "Union" (Berlin) və "Frayburq", dördüncü səbətdə isə Belçika "Yunion" ilə Türkiyə "Trabzonspor"unun olacağı dəqiqdir.

PSV (Niderland), "Renn" (Fransa), "Monako" (Fransa) və "Real Sosyedad" (İspaniya) II səbətdə yer alacaq və "Qarabağ"la düşməyəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR