Çempionlar Liqası: "Qarabağ" uduzdu (Yenilənib)

img

24-08-2022 [00:50]


Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Mia.az xəbər verir ki, ilk hissənin 38-ci dəqiqəsində Filipz Ozobiçin vurduğu qolla komandamız fasiləyə üstün çıxıb - 0:1.

"Qarabağ"ın futbolçusu Riçard Almeyda zədələndiyi üçün 53-cü dəqiqədə Marko Yankoviçlə əvəzlənib.

58-ci dəqiqədə isə ev sahibləri hesaba tarazlıq gətirib - 1:1

72-ci dəqiqədə "Qarabağ" qapısından daha bir qol buraxıb - 2:1.

Oyun bu hesabla bitdiyindən "Viktoriya" ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" isə bundan sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Bakıdakı ilk oyun qolsuz heç-heçə ilə bitib.

***

Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək "Viktoriya" (Plzen) və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Mia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik

Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay

Baş məşqçi: Mixal Bilek

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR