Qurban Qurbanov: "Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq"

img

22-08-2022 [21:42]


"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir".

Mia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, "Qarabağ"ın belə şansımız var. "Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR