Türkiyədə daha bir dəhşətli qəza: 20 nəfər öldü, 26 nəfər yaralandı - VİDEO

img

21-08-2022 [10:01]


Türkiyənin Mardin vilayətinin Derik rayonunda dünən ağır yol qəzası baş verib.

Mia.az xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

Məlumata əsasən, hadisə nəticəsində 20 nəfər ölüb, 26 nəfər yaralanıb.

Xatırladaq ki, bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR