Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər
19-08-2022 [12:58]
Azərbaycan gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı Oyunlarında iştirak edə bilər.
Mia.az xəbər verir ki, bu barədə Report-a Özbəkistanın idmanın inkişafı naziri Ədhəm İkramov məlumat verib.
Onun sözlərinə görə, təşkilata üzv olan 8 ölkənin - Rusiya, Çin, Hindistan, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qarğızıstanın gənclər və idman nazirləri səviyyəsində ilk yığıncağında sözügedən yarışın keçirilməsi ilə bağlı təşəbbüsə başlamaq qərara alınıb: "Düzdür, bizdə MDB Oyunları da var. Əsas məqsəd idmançılar üçün alternativ yox, əlavə stimul verən yarış təşkil etməkdir. Prezidentimizin də dediyi kimi, pandemiya bizi daha fərqli və güclü yaşamağa vadar edir. Fikrimcə, bu da böyük sınaqdır və dünyaya fərqli yaşamağı öyrədəcək. Biz Rusiya idmançılarını qəbul etməyə hazırıq. Niyə də Rusiya, Azərbaycan və digər qonşu ölkələrin də iştirakı ilə idmanın inkişafına təkan verə biləcək irimiqyaslı yarışlar keçirməyək?".
Ə.İkramov bildirib ki, iştirakçı sayı ilə bağlı təkcə təşkilata üzv olan 8 ölkə ilə kifayətlənmək istəmirlər: "Azərbaycan, İran kimi müşahidəçi ölkələr də var. Həmçinin, digər tərəfdaş ölkələrin bizə qoşulması istiqamətində də danışıqlar gedir. Bu ideya Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min tərəfindən də dəstəklənib. O, gənclər və idman nazirlərinin ilk yığıncağında şəxsən iştirak etmişdi. Biz bunu gizli şəkildə elan etməyəcəyik. Əksinə, böyük təbliğat işləri olacaq. Hələlik isə İşçi Qrup bununla məşğul olur. Düşünürəm ki, bu yarış da ən azı MDB Oyunları kimi maraqlı mübarizə meydanı olacaq. Azərbaycan da müşahidəçi ölkə kimi bu ideyanı inamlı şəkildə dəstəkləmək hüququna malikdir. Çünki ölkəniz də bu yarışa dəvət alacaq. Bu, ya 2022-ci ildə, ya da gələn il olacaq".
Bakıda 21 yaşlı olan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib