Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onlara yeni vəzifə verildi (SİYAHI)

img

18-08-2022 [15:59]


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi dəyişib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın tərkibi aşağıdakı kimi olacaq:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənəd dövriyyəsi şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.


Digər xəbərlər
SON XƏBƏRLƏR