18 yaşlı kollec tələbəsinin dənizdən meyiti tapılıb

img

18-08-2022 [15:05]


Sumqayıtda dənizdən qadın meyiti tapılıb.

Məlumata görə, meyit Xəzər dənizinin Sumqayıt sahilində "damba" deyilən ərazidə aşkarlanıb.

Araşdırma zamanı meyiti tapılan şəxsin Kürdəmir rayonu sakini 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızı olduğu müəyyən edilib. Meyit aidiyyatı üzrə təhvil verilib. Onun intihar etdiyi ehtimal olunur.

Qeyd edək ki, 18 yaşlı M. Cəfərovanın Sumqayıt Tibb Kollecinin tələbəsi olduğu deyilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR