Agentliyin iki sektor müdiri vəzifədən çıxarılıb - Açıqlama (Yenilənib)

img

18-08-2022 [19:28]


Dövlət Turizm Agentliyinin iki sektor müdiri vəzifədən çıxarılıb.

Mia.az Agentliyə istinadən xəbər verir ki, müvafiq əmrlərlə Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektoru Kənan Əliyevlə xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev vəzifələrindən azad olunublar.

Məlumata görə, onların yerinə hələlik təyinat olmayıb.

***

Dövlət Turizm Agentliyi qurumun iki əməkdaşının öz ərizələri əsasında işdən azad olunmaları ilə əlaqədar yayımlanmış məlumata aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev müxtəlif vaxtlarda vəzifələrindən ayrılıblar:

“Bu gün Agentliyin rəsmi veb-saytının "Struktur" bölməsində müvafiq dəyişikliklər edilməsi səbəbilə yerli kütləvi informasiya vasitələri bunu vahid xəbər kimi və ya başqa formalarda dərc ediblər. Agentliyin sabiq əməkdaşı Cavid Abdullayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib. Digər keçmiş əməkdaş Kənan Əliyev isə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş ofisinə Dövlət Turizm Agentliyinin xətti ilə işləməyə göndərilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq