4 kikboksçumuz finala yüksəlib

img

18-08-2022 [12:29]


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 4 kikboksçusu finala yüksəlib.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, bu gün Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA