Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verildi

img

18-08-2022 [11:07]


Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Mia.az Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə istinadla bildirir ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5298 nəfər dəvət edilib. İlk gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

25 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq