"DOST” mərkəzlərinə yeni səlahiyyətlər verilib

img

18-08-2022 [11:05]


“DOST” mərkəzlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək hüququ verilib.

Nazirlər Kabineti bununla bağlı “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsində müvafiq dəyişiklik edib.

İndiyə qədər Mərkəzin fəaliyyətinin məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin etməkdən ibarət olub. Bu maddə də ləğv edilib.

Qeyd edək ki, Nümunəvi Nizamnaməyə əsasən, “DOST” mərkəzləri ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən publik hüquqi şəxsdir. Mərkəzlər Nazirlik tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin strukturunda yaradılır. Mərkəzlərin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi;

- müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi.


Digər xəbərlər
SON XƏBƏRLƏR