Azərbaycanın cüdo millisi İslamiada finala yüksəlib

img

17-08-2022 [14:25]


Azərbaycanın cüdo millisi İslamiada finala yüksəlib.

Mia.az xəbər verir ki, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb.

Kişi millisi finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR