Politoloq: "İrəvandakı bomba xəbərlərinin arxasında Paşinyanı devirmək istəyənlər dayana bilər"

img

16-08-2022 [21:46]


"İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər. Onlar Yerevanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, “Qarabağ klanının” timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilməyib: "Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsüla əl atıb: terror. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR