İslamiada: Azərbaycan millisi Əlcəzairi məğlub edərək bürünc medal qazanıb

img

16-08-2022 [17:17]


23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununu keçirib.

Mia.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Penaltilərdə ümumi hesabda qalib gələn millimiz İslamiadanın bürünc medalını qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR