Generallardan sərhədlə bağlı açıqlama: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur"

img

16-08-2022 [12:25]


“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”/Report.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov isə qeyd edib ki, mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır: "Belə faktlar mövcuddur. Hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvaxt tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR