Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-08-2022 [00:07]
Qoç - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.
Səhhətinizi düşünün.
Buğa - yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz.
Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın. Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq.
Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.
Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın.
Optimal çözüm yolunu seçə bilərsiniz.
Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir.
Xərçəng - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.
Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın. Axşam saatlarında normal istirahət edin.
Şir - diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın.
Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.
Qız - dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin.
Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin.
Günün ikinci yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər.
Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin.
Gəlir şanslarından yararlanın.
Günün ikinci yarısında boşboğaz, intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır.
Oxatan - sentimental olmayın, hisslərin əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə üzvlərinin müraciətlərini cavabsız qoymayın.
Günün ikinci yarısında çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox, əməldə yardımlar edin.
Təsərrüfat problemlərinin əhəmiyyətli qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə təmaslarınızın effektiv olmasına can atın.
Sayıq davranın.
Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq.
İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.
Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın.
Dolça - süst və tənbəl olmayın. Qida rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri yarımçıq qoymayın.
İmkanlarınızı və potensialınızı dəqiq qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin. Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar. Biznes, yaşam arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni ideyaların yaranması istisna deyil. Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin.
Balıqlar - günün ilk yarısından etibarən qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə narahat edirsə, bütün diqqəti işə yönəldin.
Günün ikinci yarısında gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması, hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları hesablayın, təfərrüatlara fikir verin.
Milli.Az
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub