Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-08-2022 [00:07]
Qoç - Hiperion və Arielin münasibətləri gəlir, təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur. Bir qədər aramla çalışın, çünki bəzi problemlər öz axarı ilə həllini tapacaq. İfrat yorğunluq olmadan mühüm işləri başa vura bilərsiniz. Sabah sizi ağır və gərgin gün gözləyir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər yaranmayacaq. Axşam saatlarında rahatlanın, yaxşıca dincəlin.
Buğa - Sinope və Umbrielin münasibətləri sakit gün vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin başdansovdu və tələsik həllinə can atmayın. İmkan tapılarsa, alış-verişi günün ilk yarısında edin. Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Qəfil görüş, məktub, telefon zəngi ola bilər. İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın. Şəraitin əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm məqamlarda ətalətlə davranmayın.
Əkizlər - Haron və Tritonun münasibətləri sakit, rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit yeni ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti bəsləyəcək insanların peyda olması ilə nəticələnə bilər. Yeni təkliflər və ideyalar səslənəcək. Hadisələrin axarına kobud müdaxilə olmasa, yaranmış ziddiyyatləri ifrat səylər olmadan aradan qaldırmaq, tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar. Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin diqqətinizi tam cəlb etməsinə imkan verməyin. İntellektual məşğuliyyətlərə vaxt ayırın. Heç bir mühüm işi axşama saxlamayın.
Xərçəng - Ay və Merkurinin münasibətləri təcili işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı evə və ailəyə sərf edin. Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakı mühitdə daha çox qayda olmalıdır. Kiçik təmirlə məşğul olmaq, əşyaları yerbəyer etmək olar. Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini seçərək irəliyə doğru astaca irəliləyin. Can atdığınız məqsədə çatmaq üçün sizə yardım edə biləcək məlumat alacaqsınız. Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma planlarda qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə imkan verəcək.
Şir - Neptun və Kallistonun münasibətləri məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə, sevdiyiniz işlərlə məşğul olun. İmkan varsa, alış-veriş ilə məşğul olun.
Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə bilər. Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda ehtiyatlı olun. İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi gərginlikdən qurtulun.
Qız - Makemake və Himaliyanın münasibətləri sakit, hadisələrin ləng inkişaf fonuna malik bir gün vəd edir. İşlərdə təxirəsalma və ləngimələr ola bilər. Xəbər və məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya hissi bir qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq imkanı yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün. İşdə konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən məsələ işə məşğul olun. Xarici görkəminizə fikir verin. Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.
Tərəzi - Avropa və İonun münasibətləri xoş anlar vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı tərəfdaşlar, yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb ola bilər. Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivə olan planı nəzərdən keçirmək üçün yaxşı vaxtdır. Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas məsələ sizə önəmli olan insanın qayğısına qalmaqdır.
Əqrəb - Serera və Haumea maraqlı gün vəd edir. Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü qədər sadə deyil. Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz bu gün görülə biləcək işlərin həcmindən asılıdır. Diqqəti yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə saxlayın, yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən səhvləri inadla xatırlatmayın. Maliyyə məsələlərini tələsmədən, aramla çözün. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin. Axşam saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların özləri qərar verməlidir. Sakitlik və stabillik hər şeydən üstündür. Bununla belə, problemin təcili həllini tələb edən məsələlərdə astagəllik etməyin.
Oxatan - Saturn və Uranın münasibətləri günü çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud da görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz.
Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan işlərdə tələsməyin. Ünsiyyətdə olun, xəbər və planları bölüşün. Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə ehtiyac yaranarsa, çəkinməyin. Axşam saatları ilə bağlı proqnoz pis deyil.
Oğlaq - Merkuri və Eridanın münasibətləri hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd edir. Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin. Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti əldə etmək üçün daha bir gərəkli amil səxavətdir. Sürəkli hərəkət və gərginlik tələb etməyən məşğuliyyəti seçin. Axşam saatlarında rahat istirahət növünü seçin. Yaxın günlərdə effektiv çalışmaq üçün güc toplayın.
Dolça - Titan və Oberonun münasibətləri bu gün çox iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı mübahisələrlə başınızı qatmayın. Ciddi və cari işlər varsa, diskusssiyalardan yan keçin. Vaxtdan məhsuldar çalışmaq, ünsiyyət, yazışma üçün istifadə edin. Səfər və gəzinti varsa, sabaha qədər təxirə salın. Heç nəyi mürəkkəbləşldirməyin. Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın. Abstrakt maraqlar və istəklərdən əl çəkərək daha praktik işlərlə məşğul olun. Ailə üzvlərinizə daha çox diqqət ayırın. Axşam dostları evə qonaq çağırmaq olar. Alış-verişdə məntiqli davranın.
Balıqlar - Deymos və Fobosun münasibətləri çox uzaq perspektivdə nəticələrə malik dəyişikliklər vəd edir. İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə biləcək söhbət üçün əlverişli gündür. Mühüm heç nəyi təxirə salmayın. İmkan varsa, bütün önəmli işləri bu gün görün, vacib tədbirlərə qatılın.
Yorğunluq hiss etsəniz, mütləq dincəlin. Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək.
Milli.Az
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"