Konfrans Liqası: "Rapid" "Neftçi"ni məğlub etdi (Yenilənib)

img

12-08-2022 [00:57]


Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib.

Mia.az xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.

Oyunda 66-cı dəqiqədə "Rapid" hesabı açıb - 1:0.

Qarşılaşmanın əsas vaxtı bu hesabla bitdiyi üçün oyuna əlavə vaxt təyin olunub.

Çünki Bakıdakı görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesabda tarazlıq yaranıb.

Əlavə vaxtın 113-cü dəqqiəsində isə "Rapid" 2-ci qolu da vurub - 2:0.

Oyun bu hesabla başa çatıb və "Rapid" növbəti mərhələyə vəsiqə qazanıb. "Neftçi" isə UEFA Konfrans Liqası ilə vidalaşıb.

Qeyd edək ki, "Rapid" pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA