Daha 700 Birinci Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə təyin olunub.

img

09-08-2022 [18:03]


Məlumatları e-sistemlərdə olan daha 700 Birinci Qarabağ müharibəsi əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.

Mia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA