Universitetlərin yeni reytinqi: Azərbaycan niyə yüksək yerlərdə deyil? - Sabiq nazir yazır
09-08-2022 [11:53]
Saleh MƏMMƏDOV,
Professor, Sabiq maliyyə naziri
***
Bir neçə gün əvvəl universitetlər üzrə dünyanın ən məşhur reytinq qurumu olan "Vebometric" 2022-ci ilin ibirinci yarımili üçün 32 minə yaxın dünya universitetlərinin reytinq cədvəlini və ümumi hesabatını dərc edib.
Bu qurum başqa çoxsaylı reytinq təşkilatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Belə ki, fikrimcə nə QS, nə "Timer higher Education", nə "Şanxay qrupu", nə də "Ərəb qrupu" tam obyektiv informasiya vermək iqtidarında deyil. Çünki birincisi, bu şirkətlərin maddi marağı var, ikincisi bütün universitetləri əhatə etmir, üçüncüsü isə məlumatlar tam olmaya bilər. Amma süni intellekt bazasında işləyən və dünyanın bütün universitetlərinin məlumatları əsasında təhlil aparan "webometric" reytinq saytı (//www.webometrics.info) heç kimdən asılı olmayan təhlil aparır və ildə iki dəfə hesabat dərc edir. Bundan əvvəlki hesabat 2022-ci ilin yanvar ayında dərc olunub.
Cədvəl 1. Dünya universitetlərinin reytinq cədvəli
1. Son hesabatdan göründüyü kimi yenə də siyahıya üç ABŞ universiteti liderlik edir. Ümumiyyətlə, cədvəlin ilk 25-liyi şəriksiz ingilislərin universitetləridir. ABŞ, Böyük Britaniya və Kanada. Top 100 universitetlərin 70%-dən yuxarısı yenə də ingilis universitetləridir, qalanı isə inkişaf etmiş digər ölkələrə məxsusdur.
Buradan çox ciddi bir nəticə çıxır: Dünyanın ən güclü universitetlərinə sahib ölkələr və millətlər dünyanın idarə olunmasında tam səlahiyyət sahibidir. Güclü universitetlər kimə məxsusdursa, böyük güc, qüdrət, hərbi potensial da o ölkələrə məxsusdur. Güc təhsildə və elmdədir. Mən bir ölkənin ümumi gücünü qiymətləndirərkən onun universitetlərinin səviyyəsini nəzərdən keçirirəm. Təhsili və elmi qüdrətli olan dövlət və ya xalq qətiyyən zəif ola bilməz.
2. İçərisində olduğumuz müsəlmanların ilk yüzlüyə düşən bir dənə də universiteti yoxdur. Müsəlmanların ilk universiteti Tehran universitetidir. Təəssüf ki, əvvəllər müsəlmanlar arasında ilk yerlər Türkiyə universitetlərinə məxsus olardı. Son dövrlərdə isə İran universitetləri birinci yerə çıxdılar və sürətlə irəliləyir. Belə bir meyl, nüvə silahı hazırlamağa can atan bu ölkənin ümumiyyətlə, bəşəriyyət, xüsusilə Türklər, daha çox isə Azərbaycan üçün böyük təhlükə mənbəyi olmasına heç kimdə şübhə doğurmur. Tehran universiteti ilin əvvəlində 318-ci yeri tutmuşdusa, son hesabatda xeyli irəliləyib və 295-ci yerə çıxıb. İkinci yer də Türklərə və ya Malaziyalılara deyil, Səudiyyə Ərəbistanına məxsusdur (Kral Sədiyyə universiteti-331-ci yer). Türkiyənin isə ilk universiteti (Orta Doğu Texniki Universiteti ) yalnız 542-ci yerdə qərarlaşıb. Türkiyənin bir müddət əvvəl ilk 500-likdə bir neçə universiteti yer almışdısa, hazırda bu, belə deyil. Bu vəziyyət Turan məkanı üçün böyük SOS siqnalı olmalıdır.
3. Azərbaycanda vəziyyət çox daha gərgindir. Altı aydan bir dərc olunan bu hesabatı davamlı olaraq təhlil edirəm. Son üç dövrün məlumatlarını növbəti üç cədvəldə oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Cədvəl 2. İyul 2021-ci il hesabatı
Cədvəl 3. Yanvar 2022-ci il hesabatı
Cədvəl 4. İyul 2022-ci il hesabatı
Azərbaycan universitetlərindən bu reytinq cədvəlinə görə dünyada fəaliyyət göstərən 32 minə yaxın universitet içərisində ilk yeri tutan Bakı Dövlət Universitetidir (birinci dörd minlik içərisində -3461, ikinci UNEC -3728, beş minillikdə yer alan Xəzər, ADA və s. universitetlərdir). Daha acınacaqlı fakt ondan ibarətdir ki, ilk yeri tutan universitet nominasiyasına görə son ildə xeyli geriləmə olub:
BDU bir il əvvəl 3171-ci yerdə idisə, 2022-ci ilin birinci hesabatında 3318-ci yerə, son hesabata görə isə 3461-ci yerə enib. Doğrudur, son illərdə pandemiya ilə əlaqədar təhsilin virtuala daşınması universitetləri xeyli irəli atdı, məsələn, BMU son üç il ərzində 10 min universiteti, UNEC-2000-dən çox universiteti arxada qoydu, Xəzər, Azərbaycan, ADSU, ADAU və s. həmçinin xeyli irəliləyib. Amma tədrisin yenidən dədə-baba üsuluna qaytarılmasını, rəqəmsal təhsildən geri dönüşün inkişafın xeyli qarşısını alacağını, olduqca böyük zərər verəcəyini proqnozlaşdırmışdım. Belə də oldu, bir çox universitetlər, BDU, ADA və digərləri xeyli geriləyib, həm də ilk yeri tutan universitet 400-ə yaxın universiteti özündən irəli buraxıb.
Bununla bərabər qəbul etməliyik ki, belə təhsil sistemi Azərbaycan prezidentinin qarşıya qoyduğu əsas məqsədə çatmaq üçün (Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək ) qətiyyən yetərli deyil. Azərbaycanın təhsili ağır süni xəstəliyə düçar olub, kardinal dəyişiklik edilməli, təhsil və elm ayağı üstə qoyulmalıdır. Qarşısına inkişaf etmiş ölkəyə çevrilmək kimi böyük məqsəd qoyan bir məmləkətin heç olmasa bir universiteti top yüzlüyə düşməlidir. İndi isə ilk yerimiz 4 minliyin içərisindədir. Bu göstərici üzrə keçmiş Sovet ölkələri (Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan istisna olmaqla), Cənubi Azərbaycan, İran, Türkiyə universitetlərindən (hətta Gürcüstan və Ermənistandan) çox geri qalırıq. Ümumiyyətlə, dünya miqyasında azərbaycanlıların universitetləri içərisində birinci minliyə düşən yalnız Təbriz Tibb Universiteti və Şiraz (Qaşqay türklərinin) universitetidir.
Ölkənin 48 universiteti içərisində son beşinci yeri tutan Naxçıvan Dövlət Universiteti, Xeroqrafiya akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Qızlar Universiteti dünyanın ən geridə qalmış universitetləri sırasındadır.
Xəstənin diaqnozunu gizlətmək böyük fəlakətlərə yol açır, diaqnoz qoyulan kimi dərhal hərəkətə keçmək, müalicə etmək lazımdır. Təhsil və elm ordudan da vacibdir. Əgər bu xalq sıfırdan super modern, rəqəmsal bir ordu qura bildisə və dünyaya səs salan möhtəşəm qələbə qazandıra bildisə, zəngin təcrübəyə malik təhsil sistemindən daha qüdrətli təhsil də qura bilər. Rəqiblər, həm də təhlükəli rəqiblər təhsil və elmi sürətlə inkişaf etdirirlər. Heç olmasa bu bizi çox narahat etməlidir. Növbəti dəfə əsarət altına düşməyi bizə heç kim bağışlamayacaq. Bu günkü təhsillə yenirən bunun təkrarlanması labüddür.
Mia.az
Sabahın hava proqnozu açıqlanıb
"SƏDƏRƏK" BELƏ YANIR - VİDEOLAR, FOTOLAR (Yenilənir)
"Ərazi bütövlüyü və suverenlik məsələlərində..." - İlham Əliyev Zelenskiyə məktub göndərdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı
"Lids Yunayted" Noa Okaforla müqavilə imzaladı
"Gençlerbirliği" malili hücumçunu icarəyə götürüb
Abşeronda boya zavodunda yanğın... - Açıqlamalar (Yenilənib)