Türkiyə XİN: “Avropa İttifaqının Türkiyəyə ehtiyacı var”

img

08-08-2022 [12:17]


“Avropa İttifaqının Türkiyəyə ehtiyacı var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Təkbaşına bacardıqlarımızı Avropa İttifaqı ilə birlikdə etsəydik, o zaman Aİ qlobal aktor olardı. Tarixin axını Türkiyə ilə dostluğu öyrətdi”, - o bildirib.

***

“Türkiyə Qara dənizdəki iki qonşusu arasında davam edən müharibənin təsirlərini hiss edir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

“Ukraynaya müharibənin ilk günlərindən etibarən ciddi dəstək verdik. Qara dənizdə hərbi gərginliyin qarşısını almağa çalışdıq. Tərəfləri İstanbul və Antalyada görüşdürdük. BMT ilə birlikdə qida təhlükəsizliyinə dəstək olmağa çalışdıq”, - o söyləyib//Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR