Çavuşoğlu: "Ermənistana xatırladırıq ki...” - "Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil"

img

08-08-2022 [11:49]


"Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”.

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

O bildirib ki, hazırda regional əməkdaşlıq üçün səyləri davam etdirirlər: "İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin. Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”.

XİN başçısı qeyd edib ki, can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirlər: “Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan da hər zaman Türkiyənin yanındadır".

Çavuşoğlu Azərbaycanın, xüsusən Türkiyənin olmadığı platformalarda hər zaman rəsmi Ankranın hüquqlarını ən azı Türkiyə qədər müdafiə etdiyini xüsusi olaraq vurğulayıb.

XİN başçısı Türkiyə və Azərbaycanın birlikdə yer aldığı üçlü və dördlü formatları diqqətə çatdıraraq, tərəflərin başda Asiyada olmaqla, bölgədə sülh üçün fəaliyyət göstərmələri ilə yanaşı, nəqliyyat və ticarət kimi sahələrdə də digər ölkələrə yardım göstərmək istədiklərini bildirib: "Bir müddət əvvəl Bakıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin toplantısını keçirdik. Bundan sonra, ötən həftə Daşkənddə Türkiyə, Azərbaycan, Özbəkistanın xarici, ticarət və nəqliyyat nazirlərinin toplantısını keçirdik".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR