Almaniyanın konsulu saxlanıldı - Ərini öldürmək şübhəsi ilə

img

07-08-2022 [10:00]


Braziliyanın Rio-de-Janeyro şəhərində polis Almaniya konsulu Uve Herbert Hannı belçikalı əri Valter Henri Maksimilyen Biotu öldürməkdə şübhəli bilinərək saxlayıb.

"Metropoles" xəbər verir ki, meyit cümə günü aşkar edilən zaman diplomat onun ölümünün səbəbinin eyni vaxtda külli miqdarda spirtlə yuxu dərmanı qəbulu ola biləcəyini bildirib. Lakin sonradan məhkəmə-tibb eksperti meyitin üzərində çoxsaylı xəsarət və qançırlar aşkar edib. Polisin fikrincə, ölüm başın arxasındakı kəllə-beyin travması nəticəsində baş verib.

Bundan əlavə, polis alman diplomatın öz katibindən mənzili təmizləməyi xahiş etdiyini müəyyən edib. Qadın hüquq-mühafizə orqanlarına bildirib ki, yaşayış yerində qan izləri tapıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR