Rəsmi Tbilisidən Azərbaycana həmrəylik mesajı: "Londondakı Azərbaycan səfirliyinə hücumu qınayırıq"

img

06-08-2022 [22:56]


Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqustda Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və ölkəmizlə həmrəylik ifadə edib.

Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR