Dövlət Komitəsi: "Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar"
05-08-2022 [18:50]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlama yayıb.
Dövlət Komitəsindən a daxil olan məlumatda bildirilir:
"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyirik.
İslam dininə və onun ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün bu tip əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar. Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir.
Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir. Dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoymuşdur. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunmuşdur. Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb