Səfir danışdı, "yenə təzyiq var" dedi: "Səfirliyə hücum barbarcadır" - "Bu hərəkət, həm də toxunulmazlıq prinsipinin birbaşa pozulmasıdır"

img

05-08-2022 [10:18]


"Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır".

Mia.az xəbər verir ki, bu, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdəki paylaşımında bildirilib.

Qeyd olunub ki, bu hərəkət, həm də diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır: "Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, salamat olduqlarını görməkdən məmnunam".

Səfir daha sonra bildirib ki, vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi əsas prioritetimizdir:  “Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR