Lavrovdan Qarabağdakı vəziyyətlə bağlı açıqlama: "Tərəflərlə təmasdayıq"

img

04-08-2022 [16:54]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.

TASS xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR