ABŞ Qarabağla bağlı bəyanat verdi, Blinken Çavuşoğlu ilə danışdı: "Biz gərginliyi azaltmaq və..." (Yenilənib)

img

04-08-2022 [18:07]


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı oub.

Mia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departementi məlumat yayıb.

Bildirilib ki, tərəflər regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında dialoq prosesini müzakirə ediblər: "Blinken Çavuşoğlu ilə söhbətdə Vaşinqtonun Azərbaycan və Ermənistan arasında dialoqun davamına və uzunmüddətli sülhə töhfə verməyə hazır olduğunu deyib".

***

"Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq".

Mia.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda daha sonra bildirilib ki, gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllini zəruri edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR