Çavuşoğlu Bayramov və Norovla bir arada: “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik"

img

02-08-2022 [11:52]


“Türkiyə və Azərbaycan yeni geosiyasi tarazlıq yaradıb”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Türkiyə Azərbaycanla yeni geosiyasi tarazlıq yaradıb: "Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik. Bütün normallaşma prosesinə dəstək veririk”.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu, adi dostluq əlaqələrinin hüdudlarından kənara çıxır: “Belə ki, Şuşa Bəyannaməsi sayəsində ölkələr arasında əlaqələr genişlənib və yeni səviyyəyə yüksəlib”.

Türkiyə XİN başçısı daha sonra "Azərbaycan-Ermənistan normallaşma prosesinin uğurla başa çatmasını arzulayıb: "Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bir an öncə açılması bütün bölgə ölkələrinin xeyrinə olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR