Azərbaycan Ordusunun əsgəri güllələnib

img

16-04-2014 [12:26]


Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, K. Cəlilov Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA