Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb - XİN açıqlama yaydı

img

29-07-2022 [14:45]


Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində bu gün təsdiq edilib.

Tədbir çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR