"Rapid" klubu "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı - Bu qiymətlərə

img

29-07-2022 [14:35]


Avstriyanın "Rapid" klubu "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletlərinin qiymətini açıqlayıb.

Vyana klubunun məlumatına görə, A kateqoriyasına biletlər böyüklərə 25 avro, uşaqlar üçün isə 8 avroya satışa çıxarılır.

B kateqoriyasındakı biletlər müvafiq olaraq 22 və 7 avro, C kateqoriyasında isə 15 və 5 avrodur. Sonuncu kateqoriyada yalnız 12 avroluq böyüklər üçün biletlər satılır.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək "Rapid" – "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk qarşılaşma avqustun 4-də "Bakcell Arena"da olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR