Bakıda atalıq qızını zorlamaq istədi - DƏHŞƏT dolu intihara cəhd

img

16-04-2014 [10:47]



Bakıda özünü dənizə atan gənc qız danışdı. 

 Səbail Rayon Polis İdarəsindən iki gün əvvəl Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova intihara cəhd etməsinin səbəbini müstəntiqə deyib.

Məlumatda deyilirdi ki, Bakı Biznes və Kooperasiya Kollecinin 2-ci kurs tələbəsi olan Nuranənin imtahanlarda problemləri olub. İmtahanları verə bilmədiyindən əsəbləri korlanıb. Bu isə onu həyatdan küsdürüb və bulvara gələrək özünü dənizə atıb. Maddi vəziyyəti pis olan N.Matanovanın ailəsi fəhləliklə çörəkpulu qazanır. 

Lakin Nuranənin intihara vadar olması ilə bağlı milli.az-a tükürpədici məlumat daxil olub. Onun atalığı tərəfindən təcavüzə məruz qaldığı deyilir. Atalığı onu zorlamağa cəhd edibmiş. Buna görə də qız sevdiyi oğlana zəng edərək bu barədə deyib və özünü dənizə atıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA