Putinin Ukraynaya hücumuna qarşı çıxan rusiyalı məşhur aparıcı: "Məni hər tərəfdən gözdən salmağa çalışırlar”

img

29-07-2022 [09:53]


Martda Rusiya dövlət televiziyasının aparıcısı Marina Ovsyannikova “Xəbərlər” proqramının axşam buraxılışında Rusiya əleyhinə plakat qaldırandan sonra növbəti aylar onun üçün çətin keçib.

Bu barədə o, özü “Sky News”a müsahibəsində deyib:

“Heç bir işim yoxdur. Avtomobilimi satmışam və həmin pulla dolanıram. Keçmiş həyat yoldaşımla problemlərim var. Anam Putini dəstəkləyir. Atası oğlumun “beynini yuyub”. Üstəlik, “xüsusi hərbi əməliyyatın” tərəfdarları məni tənqid edirlər”.

Jurnalist bildirib ki, çoxları onu casus olmaqda ittiham edir: “Bu, tamamilə yalandır. Mən necə agent ola bilərəm?! Mən vətəndaş kimi mövqeyini bildirən normal rusiyalı qadınam və məni hər tərəfdən gözdən salmağa çalışırlar”.

M.Ovsyannikovanın sözlərinə görə, o, Rusiyadakı işini itirdikdən sonra Almaniyaya gedib, bir müddət buradakı “Die Welt” qəzetində çalışıb. Lakin sonra qızına görə geri qayıtmalı olub: “Qızım hər gün mənə zəng edib soruşurdu ki, nə vaxt qayıdacaqsan, ana? Mən səni görmək istəyirəm. Yoldaşım uşaqlarımı mənə qarşı yönləndirirdi. Başa düşürdüm ki, qayıtmasam, övladlarımı itirəcəyəm. Mən dözürəm, çünki haqlı olduğumu bilirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR