Daha bir keçmiş vəzifəli şəxs hakim qarşısına çıxarılır

img

28-07-2022 [11:30]


Biləsuvarda sabiq vəzifəli şəxsin məhkəməsi başlayır.

Mia.az rayon prokurorluğuna istinadla bildirir ki, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla Xalidə Ağayevanın Biləsuvar Rayon Məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilən əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar Rayon Məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR