"Neftçi"nin kapitanı: "Çox danışmaq lazım deyil"

img

27-07-2022 [18:38]


"Çox danışmaq lazım deyil. Bu oyun bizim üçün vacibdir. Meydanda istəkli və aqressiv olmalıyıq".

Bunu "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Kiprin "Aris" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını söyləyib: "Qələbə qazanmaq üçün ilk görüşdəkindən daha yaxşı oynamalıyıq".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR