"Neftçi"nin baş məşqçisi: "Sabah göstərməliyik ki, birinci matç təsadüf idi"

img

27-07-2022 [18:27]


"İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə göstərməliyik ki, birinci matç təsadüf idi".

Məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis rəqibə hörmət etdiklərini söyləyib: "Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "ağ-qaralar" 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR