Bir qrup jurnalist “Jurnalistlər binası” ilə bağlı toplandı - Hansı addımar atılacaq?

img

27-07-2022 [13:28]


“Bir qrup media mənsubu ilə jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlı yaranmış vəziyyəti müzakirə etmək üçün toplaşdıq. 2020-ci ildən hazır olan binanın mənzillərinin indiyədək jurnalistlərə verilməməsini müzakirə etdik”.

Mia.az xəbər verir ki, bu barədə Avropa.info saytının redaktoru Rəsul Mirhəşimli açıqlama verib.

O bildirib ki, son zamanlar binanın Əmək və Sosial Müdafiə Nazirliyinin balansına verilməsi ilə bağlı informasiyalar yayılır: “Ayrı-ayrı media qurumları bununla bağlı nazirliyə sorğu ilə müraciət edib. Nazirlik bu məlumatların həqiqətə uyğun olmadığını bildirib. Toplantıda razılaşdıq ki, hər kəs öz işlədiyi media orqanında yenidən nazirliyə sorğu ilə müraciət etsin. Bununla yanaşı, üçüncü binanın gələcək taleyini aydınlaşdırmaq üçün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla görüşmək barədə razılığa gəldik.

Jurnalistlər üçün inşa edilən üçüncü bina Azərbaycan Prezidentinin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə tikilib. Artıq iki ildir bina yaşayış üçün tam hazırdır. Elə bu iki ildə də bina ətrafında dolaşan müəmma aydınlaşdırılmır. Bu məsələni aydınlaşdırmaq üçün bina ilə əlaqədar olan rəsmi qurumlar və vəzifəli şəxslərlə görüşlər keçirmək barədə razılığa gəldik. Görüləcək bütün işlər barədə müntəzəm şəkildə ətraflı məlumat veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR