MSK üzvləri toplandı: Ölkədə 832 yeni seçki məntəqəsi yaradılıb (Yenilənib)

img

26-07-2022 [16:00]


Ölkədə 832 yeni seçki məntəqəsi yaradılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb.

R.Qasımov bildirib ki, bununla da ölkədə ümumi olaraq 6234 seçki məntəqəsi fəaliyyət göstərəcək.

***

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) iclas keçirəcək.

Mia.az xəbər verir ki, iclasda seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi, yeni komissiyaların formalaşdırılması və bəzi komissiyaların tərkibinin dəyişdirilməsi müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR