Ərdoğan: "Türkiyə Ermənistanla yanaşmanı Azərbaycanla razılaşdıraraq inkişaf etdirir"

img

25-07-2022 [23:16]


"Türkiyə Ermənistanla yanaşmanı Azərbaycanla razılaşdıraraq inkişaf etdirir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə açıqlamasında deyib.

"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözləyi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR