İsa Qəmbərin şikayəti üzrə məhkəmə prosesi başlayır

img

25-07-2022 [16:45]


Xəbər verdiyimiz kimi, parlamentin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər ona təyin edilən 180 manat müavinətin məbləği ilə razılaşmayaraq məhkəməyə müraciət edib.

Artıq məhkəmənin ilk iclasının vaxtı dəqiqləşib.

Mia.az  xəbər verir ki, bununla bağlı Cebhe.info-ya İsa Qəmbərin vəkili Nemət Kərimli məlumat verib.

O bildirib ki, məhkəmənin hazırlıq iclası avqust ayının 1-nə təyin edilib. Nəzərə çatdıraq ki, Bakı İnzibati Məhkəməsinə göndərilən iddia ərizəsində Milli Məclisin Sədrinin maaşının 80 faizi miqdarında pensiyanın verilməsi tələbi qoyulub. İddia ərizəsində mülkiyyət hüququnun pozuntusunun tanınması tələbi də yer alıb. Məhkəmənin müddətinin uzadıla biləcəyini istisna edilməyib.

Nemət Kərimli İsa Qəmbərə 180 manat pensiya təyin edilməsini sosial müavinət kimi dəyərləndirib. Vəkil Xalid Ağəli isə İsa Qəmbərin Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxs olduğunu bildirib. İsa Qəmbərin pensiya məsələsi həllini tapmasa, Avropa Məhkəməsinə müraciət edəcəyi də gözlənilir.

Qeyd edək ki, "Milli Məclis deputatının statusu haqqında” Qanunun 21-ci maddəsinə görə, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.


Digər xəbərlər
SON XƏBƏRLƏR