Ölkəmiz daha bir mötəbər yarışda təmsil olunur

img

25-07-2022 [11:29]


Özbəkistanın Namanqa şəhərində əlbəyaxa döyüşün professional növü üzrə prezident kuboku uğrunda yarışlar başlayıb.

Mia.az xəbər verir ki, yarışda 6 ölkənin idmançıları iştirak edir. Bizim ölkəni 67 kq çəki dərəcəsində Ruslan Pirəliyev təmsil edir.

Cüdo üzrə idman ustası, məşqçi müəllim Arzu Hüseynovanın verdiyi məlumata görə, Azərbaycan idmançısı yarışa məsuliyyətlə hazırlaşıb: "Ruslan Mübariz İbrahimovun rəhbərliyi ilə məşq edib. M.İbrahimov Azərbaycanda əlbəyaxa döyüş liqası klubunun təsisçisi və direktorudu. Düşünürəm ki, onların əzmkarlığı nəticəsində ölkəmizə yüksək idman mükafatı gələcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR