II İlya: "Gürcüstan və Azərbaycan ağır günləri bir yerdə keçib" - Allahşükür Paşazadə isə erməni kilsəsinin çağırışlarından təəssüflənir

img

21-07-2022 [14:27]


"Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib".

Bunu Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.

Onun sözlərinə görə, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.

Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.

II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə isə deyib ki, erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənir.

Onun sözlərinə görə, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib: "Bu gün işğaldan azad edilmiş torpaqlarda dağıdılmış bütün dini abidələr - kilsələr, məscidlər bərpa olunur"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub