"Turan"ın tufanlı dərdi və ya icra başçısının hökmü: "Ayə Sahib, gəl, bu kişini yola sal..."
20-07-2022 [19:45]
İxtiyar Əsgərov,
matc.az saytınn rəhbəri
***
“Turan” klubunun Premyer Liqada iştirakı ilə bağlı iyulun 7-də Futbolun İnkişaf Fondu və Tovuz İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə görüş keçirildi.
Görüşdə icra hakimiyyəti nümayəndələrinin “Turan”ın Müşahidə Şurasının sədri Oqtay Abdullayevə qarşı etdiyi biabırçı, rüsvayçı davranışı qoyaq bir tərəfə...
Görüşün ardından icra başçısı Məmməd Məmmədov, idman idarəsinin bütün rayonda “məşhur” olan rəisi Sahib Ələsgərov “Turan”ın bazasına gəlib, klub rəsmiləri ilə müzakirələr apardı. Görüşdə “Turan”ın sabiq prezidenti Vidadi Əhmədov, sabiq icraçı-direktoru Yaşar Sultanov, hazırkı icraçı-direktor Nadir Nəbiyev, baş məşqçi Ayxan Abbasov da iştirak edirdi.
Görüş başa çatandan sonra Məmməd Məmmədova yaxınlaşdım. Məmməd müəllimlə xoşagəlməz dialoquma adını sadaladığım şəxslər də şahid oldu.
- Salam Məmməd müəllim, mətbuatdan, matc.az saytının əməkdaşıyam. Vaxtınız varsa, sizə 2 sualım olacaq...
Deyəsən, müraciətim Məmməd müəllimin xoşuna gəlmir.
Səsinin tonunu qaldırır.
- Nə lazımdı? Nə istəyirsən? Sualın nəylə bağlıdı?
- Təbii ki, futbolla, “Turan”la bağlı. Başqa nə sual olasıdı ki?
Məmmədov “tutulur”. “Turan” haqda vikipediyadan nəsə copy-paste edib, rayon ictimaiyyəti qarşında çıxış etməklə deyil ki? Adamın futbol biliyi plintusun altındadı.
Vəziyyətdən çıxış yolu kimi, Sahib Ələsgərova qışqırır:
- Ayə Sahib, gəl, bu kişini yola sal.
- Məmməd müəllim, ağlınız başqa kişilərə getməsin. Mən siz fikirləşdiyiniz kişilərdən deyiləm. Vaxtınız, imkanınız varsa, suallarıma cavab verərdiz, yoxdusa, işiniz avand olsun.
- Niyə belə aqressivsən?
- Məmməd müəllim, kiminsə məni yola salmasına ehtiyac yoxdu. Mən yolumu tanıyıram, bilirəm. Sahib Ələsgərovun məni yola salmasına ehtiyac yoxdu...
Bax, beləcə. İndiyədək qarşısındakı insana istənilən formada, istənilən tonda cavab verən, istədiyi kimi “yola salan” bizim Məmməd bəy cavabımdan şoka düşdü.
Araya Nadir Nəbiyev girir: “Məmməd müəllim, İxtiyar başqa jurnalistlər kimi deyil”.
Ardından Yaşar Sultanov söhbətə müdaxilə edəndən sonra “icrabaşı” səhvini anlayır.
Dediyim odur ki, bu adamlar media nümayəndəsini normal dinləyə, sualını cavablaya bilmirsə, vay “Turan”ın da, o klubun formasını geyinən futbolçuların da halına...
P.S. Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, icra başçısı olmaq üçün təhsilə zada ehtiyac yoxdu...
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"