Ərdoğandan Tehrandakı görüşlə bağlı açıqlama: "Putin İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini dedi" - "Bayden mnimlə görüşdə dedi ki..."

img

20-07-2022 [16:22]


“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”.

MİA.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini deyib: "Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. Həmin görüş də cənab İlham Əliyevin ifadəsi ilə müsbət keçib".

Ərdoğan daha sonra NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən danışıb: “Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”.

Ərdoğan ABŞ-la münasibətlərdən də söz açıb.

Deyib ki, Baydenlə F-16-ları müzakirə edəndə o, Türkiyəyə Yunanıstanla bağlı bir şərt qoymayıb: "Əksinə, görüş zamanı dedik ki, NATO üzvü olan ölkələr olaraq bir-birimizin haqlarını qorumalıyıq. Bayden F16-lar haqqında "Əlimdən gələni edəcəm" dedi. Təəssüf ki, hazırda Nümayəndələr Palatasında bu işə az da olsa, qarşı çıxanlar var. Mövcud proseslərə nəzər saldıqda, məncə, bu, bizim üçün məcburi şərt deyil. F16-larla bağlı təklifimizə bəli deməkləri, bizə “sıfır” F16 vermələri yetərlidir. Biz artıq əlimizdə olanların qulluq və təmirini həyata keçirə bilirik. Bununla bağlı heç bir problemimiz yoxdur. Amma təbii ki, bizim ehtiyat hissələri ilə bağlı müəyyən tələblərimiz var. Onlar bu tələbimizi də yerinə yetirməyə qərar veriblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR