Mətbuat Şurası jurnalistlərə müraciət ünvanlayıb - İntihar xəbərləri ilə bağlı
20-07-2022 [12:47]
Azərbaycan Mətbuat Şurasında "Media və intihar olaylarının işıqlandırılması" mövzusunda keçirilən toplantının iştirakçıları jurnalistlərə müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"İntihar hallarının mediada işıqlandırılması ilə bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadir. Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var. Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu
düşünürük.
Hesab edirik ki, jurnalist peşesinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir. İstənilən hadisənin işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin təbiətindən irəli gələn xüsusiyyətdir.
Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir. Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önəmini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olay: baxış sayı toplamaq izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir. Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimali böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə zidddir. Biz hər bir media temsilçisini, hər bir KİV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırıeıq. Onu da düşünmək lazımdır ki, insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq potensialına malik taqdimatların hüquqi müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür. Biz, Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün jurnalistlərini ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırrıq. İnanmaq istərdik ki, həmkar teessübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ temayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır".
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO